Şrift:
Ceyhun Bayramov qırğız həmkarı ilə görüşdü
09.04.2024 [10:02] - Gündəm, Siyasət
Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində həmkarı Ceenbek Kulubayev ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında bildirilib.

Qeyd edilib ki, nazirlər təkbətək görüş keçirib.

Ceyhun Bayramov da görüş barədə paylaşım edib.

O, Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məlumatlandırıb:

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”.

Xatırladaq ki, ötən gün xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed