Şrift:
Fərəc Quliyev:Ermənistana hərbi yardımların göstərilməsi məntiqə və əxlaqa ziddir
16.04.2024 [10:23] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Görmüşük ki, işğalçı silahsızlaşdırılar, ondan təzminat alınar, onun yenidən kiməsə hücum etməməsi üçün zərərsizləşdirilər. İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya ilə bağlı atılan addımlar buna nümunədir”.

Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili Fərəc Quliyev bildirib. Fərəc Quliyev qeyd edib ki, Ermənistanın İran, Fransa və digər qüvvələr tərəfindən silahlandırılması yolverilməzdir:

“Bu gün biz Ermənistana münaibətdə tarixdəki digər işğalçı dövlətlərə göstərilən münasibətdən tamam fərqli münasibətə şahidik edirik. Ermənistan nəinki silahsızlaşdırılmır, əksinə, ona silah-sursat, müxtəlif hərbi texnikalar verilir. İran, Fransa, Hindistan və digər dövlətlərin bu məsələdə aktivlik sərgilədiyini görürük.

Ermənistanın işğalçı dövlət kimi Azərbaycana təzminat ödəməsi məsələsində də İrəvana heç bir dövlət basqı göstərmir. Halbuki, işğalçı dövlətlər müharibədən sonra həm də qarşı tərəfə təzminat ödəyir, bu yolla vurduqları ziyanı qismən də olsa kompensasiya etməyə çalışırlar. Necə ki, İraq Küveytə ötən ilə qədər təzminat ödəyirdi. Ermənistana isə “gözün üstə qaşın var” deyən yoxdur. Bu, dünyamızdakı ikili standartların göstəricisidir”.


Seymur ƏLİYEV/moderator.az

Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed