Şrift:
Ərdoğan və Qətər Əmiri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
16.04.2024 [10:43] - Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.

Söhbət zamanı qlobal və regional problemlər, Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

Ərdoğan bildirib ki, İslam dünyasının birlik içində səylərini artırması vacibdir.

Türkiyə liderinin sözlərinə görə, bölgədə gərginliyin yayılmasının qarşısını almaq üçün Qəzzadakı müharibə dərhal dayandırılmalıdır.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed