Şrift:
Azərbaycan nefti ucuzlaşdı
16.04.2024 [10:53] - Gündəm, İqtisadiyyat
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,67 ABŞ dolları, yaxud 2,8% azalaraq, 92,06 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 90,57 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed