Şrift:
"Barselona" PSJ-yə qarşı
16.04.2024 [10:58] - İdman
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

İlk gündə 2 cavab görüşü keçiriləcək.

"Barselona" ilk oyunda qalib gəldiyi PSJ ilə bu dəfə evdə qarşılaşacaq. Digər matçda Dortmund "Borussiya"sı "Atletiko" ilə üz-üzə gələcək. İlk görüşdə Madrid təmsilçisi qələbə qazanıb. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları

16 aprel

23:00. "Barselona" - PSJ

Hakimlər: İstvan Kovaç, Vasile Florin Marinesku, Mihai Ovidiu Artene, Horațiu Mirsea Feșniç (hamısı Rumıniya)

İlk oyun - 3:2

23:00. "Borussiya" (Dortmund) - "Atletiko"

Hakimlər: Slavko Vinçiç, Tomaz Klançnik, Andraz Kovaçiç, Matey Yug (hamısı Sloveniya)

İlk oyun 1:2

17 aprel

23:00. "Mançester Siti" - "Real"

İlk oyun - 3:3

23:00. "Bavariya" - "Arsenal"

İlk oyun - 2:2
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed