Şrift:
Aİ xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər
17.04.2024 [10:13] - Gündəm
Avropa İttifaqının xarici İşlər və müdafiə nazirləri aprel 22-də planlaşdırılmış iclas keçirəcəklər.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Onun sözlərinə görə, iclasda onlar İranın İsrailə hücumu ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

"Gələn bazar ertəsi Xarici İşlər və Müdafiə nazirlikləri rəhbərlərinin planlaşdırılmış görüşü olacaq. Körfəzdəki həmkarlarımızla bu məsələni müzakirə edəcəyik", - deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed