Şrift:
Putinin Türkiyəyə səfərinin tarixi hələ müəyyən edilməyib
17.04.2024 [10:15] - Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Ankaraya səfəri ilə bağlı razılığa gəldiyini təsdiqləyib.

Bu barədə Türkiyə Prezidenti Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə deyib.

Onun sözlərinin görə, V.Putinin səfəri ilə bağlı tarix hələ müəyyən edilməyib.

"Cənab Putinlə tez-tez telefon danışıqlarımız olur. Onun Türkiyəyə səfəri ilə bağlı isə hələlik tarix müəyyənləşməyib. Ümid edirəm ki, tezliklə bu məsələ ilə bağlı ətraflı məlumat veriləcək", - deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed