Şrift:
Güləş üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək
18.04.2024 [10:39] - İdman
Sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək.

Yarış aprelin 23-26-da FHN İdman-Sağlamlıq Klubunda baş tutacaq.

Azərbaycan çempionatı Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Yarış müvafiq yığma komandalara seçim xarakteri daşıyır.

Qeyd edək ki, çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed