Şrift:
İngiltərə kubokunun reqlamentində dəyişiklik edilib
19.04.2024 [11:44] - İdman
İngiltərə kubokunun reqlamentində növbəti dəyişiklik edilib.

Növbəti mövsümdən heç-heçə başa çatan matçların təkrar keçirilməsi tamamilə ləğv ediləcək.

2018-ci ildə qəbul olunan qərarla ilk 4 mərhələdə təkrar oyunlar mümkün idi. 5-ci raunddan başlayaraq qalib təkrar matç keçirilmədən müəyyənləşməlidir.

Premyer Liqa və futbol assosiasiyası arasında bununla bağlı razılıq əldə olunub. Həm də finalın vaxtı razılaşdırılıb. Hər il kubokun finalı Premyer Liqada mövsümün sonuncudan əvvəlki həftəsonunda təşkil ediləcək.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed