Şrift:
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub
19.04.2024 [11:46] - Gündəm, İdman
UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub.
İtaliya təmsilçisi "Atalanta" doğma meydanda İngiltərənin "Liverpul"una 0:1 hesabı ilə məğlub olsa da, ilk oyunda aldığı 3:0 hesablı üstünlüyə görə adını yarımfinala yazdırıb.

1/4 final mərhələsinin İtaliya duelində "Roma" və "Milan" komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn "canavarlar" bu dəfə də üstün olaraq yarımfinala adlayıblar - 2:1.

Almaniya "Bayer"i İngiltərədə "Vest Hem"lə 1:1 hesablı heç-heçə etsə də, ilk görüşdə (2:0) qazandığı qələbə sayəsində 1/2 finala vəsiqə əldə edib.
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed