Şrift:
Ötən ildə qlobal hərbi xərclər rekord həddə artıb
22.04.2024 [12:18] - Hərb
2023-cü ildə qlobal hərbi xərclər 2,443 trilyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 6,8 % çoxdur.

Bu məlumat Stokholm Sülh Tədqiqatları İnstitutu – SIPRI-nin son hesabatında yer alır.

Bildirilib ki, bu, 2009-cu ildən indiyədək ən ciddi artımdır. Müharibələr və regional münaqişə ocaqları hərbi xərclərin artmasına səbəb olur.

2023-cü ildə hərbi xərclər dünya üzrə ümumi daxili məhsulun 2,3 %-ni təşkil edib. Hərbi xərclərin çoxluğuna görə ilk yerdə 916 milyard dollarla ABŞ və 296 milyard dollarla Çin gəlir.
Bu xəbər oxucular tərəfindən 1496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed