Şrift:
Türkiyə Superliqası: "Qalatasaray" çempionluq yolunda vacib üç xal qazanıb
22.04.2024 [12:19] - İdman
Türkiyə Superliqasında XXXIII turun növbəti oyunları keçirilib.

Çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" doğma meydanda "Pendikspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Başakşəhər" "İstanbulspor"u 2:0, "Antalyaspor" "Hatayspor"u 2:1, "Qaziantep" isə "Kasımpaşa"nı 2:0 hesabı ilə məğlub edib.

Hazırda turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir. Rəqibindən bir oyun az keçirən "Fənərbağça" 85 xalla ikinci, 55 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed