Şrift:
İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib
22.04.2024 [12:20] - İdman
“Real Madrid” futbol üzrə İspaniya çempionatının 32-ci turu çərçivəsində evdə “Barselona”nı 3:2 hesabı ilə məğlub edib.

Görüş Madriddəki "Santiaqo Bernabeu" stadionunda keçirilib.

"Real"ın heyətində qolları Vinisius (18-ci dəqiqə, penalti), Lukas Vaskes (73) və Jud Bellinqem (90+1) vurublar. "Barselona"ın heyətində Andreas Kristensen (6) və Fermin Lopez (69) fərqləniblər.

İspaniya çempionatının turnir cədvəlinə 81 xalla "Real" başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed