Şrift:
İordaniya Azərbaycan-Ermənistan razılaşmasını və demarkasiya səylərini alqışladı
23.04.2024 [11:34] - Siyasət
İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan arasında dörd kəndlə bağlı əldə olunan razılaşmaya və iki ölkə arasında davam edən demarkasiya səylərinə dəstəyini bildirib.

Bu barədə nazirliyin sözçüsü Sufian Qudah bəyan edib.

O, İordaniyanın iki ölkə arasında sabitlik və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən bu təşəbbüsləri dəstəklədiyini bildirib..

Sufian Qudah bu cür razılaşmaların daha geniş sülh danışıqlarına yol açdığını bildirərək qlobal sülh və təhlükəsizliyin gücləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed