Şrift:
Çempionlar Liqasının finalı Gürcüstanda keçirilə bilər
23.04.2024 [11:51] - Gündəm, İdman
2028-ci ildə keçiriləcək futbol üzrə Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyən ölkələrin adına aydınlıq gəlir.

Bu ölkələrdən biri də qonşu Gürcüstandır.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlama verib.

Kobaxidze mötəbər turnirin finalı üçün Tbilisidə yeni stadionun tikiləcəyini elan edib: "Həm futbol, həm də reqbi üçün yeni stadion inşa edəcəyik. Mühüm meqalayihəni elan etmək istəyirik. Həmin stadionunun 70 minlik tutumu olacaq. Təbii ki, beynəlxalq standartlara da cavab verəcək. Bu da bizə Çempionlar Liqasının finalı kimi vacib turnirlərə ev sahibliyi etməyimizə imkan yaradacaq. 2028-ci ildə ÇL-in finalını yeni inşa etdirəcəyimiz stadionda qəbul etmək üçün namizədliyimizi irəli sürəcəyik".
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed