Şrift:
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
24.04.2024 [10:50] - Gündəm, Siyasət
Kollektiv Qərb ölkələri Rusiya Federasiyasına strateji məğlubiyyət vermək cəhdləri ilə Cənubi Qafqazda vəziyyəti sabitsizləşdirməyə çalışırlar.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə nazirliyin “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviqi haqqında” kollegiya iclasının yekunlarına dair Rusiya XİN-nin bəyanatında deyilir.

"Vurğulanıb ki, Rusiyaya strateji məğlubiyyət vermək üçün kollektiv Qərb Ukraynanın ardınca postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti sabitsizləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərini sarsıtmaq, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışır", - deyə Nazirlik bildirib.

Nazirlik qeyd edib ki, Rusiya Qərbdən fərqli olaraq Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi prioritetindən çıxış edir:

"Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insan təmasları ilə birləşdirən regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək".

Nazirlik, həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər toplusunun tam şəkildə həyata keçirilməsi üçün səylərin davam etdirilməsinin, o cümlədən, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin təsdiqi, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının zəruriliyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed