Şrift:
Azərbaycanda güclü zəlzələ gözlənilir?
13.05.2024 [12:15] - Xəbərlər, Gündəm
Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydə alınıb.

Bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli media nümayəndələrinə açıqlaması zamanı deyib.

O qeyd edib ki, baş verən zəlzələ Qarabağda da hiss olunub. Amma ciddi dağıntı qeydə alınmayıb.
“Əhali narahat olmasın. Güclü zəlzələ gözlənilmir”, - deyə o qeyd edib.
Qeyd edək ki, mayın 11-də Lənkəranda 5,3 bal gücündə zəlzələ olub. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed