Şrift:
Qarabağ Universiteti nə vaxt hazır olacaq?
13.05.2024 [12:19] - Gündəm
Qarabağ Universitetində iyun ayının axrına qədər infrastrukturla bağlı əsas işlər bitəcək.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

“1200 tələbənin universitetdə təhsil alması gözlənilir. Bütün tələbələr üçün təhsil ödənişsiz olacaq. Eyni zamanda, onlar yataqxana ilə təmin olunacaq. Hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüd verilməsi üzərində işləyirik”, - deyə o bildirib
Bu xəbər oxucular tərəfindən 264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed