Şrift:
"Arsenal" "Mançester Yunayted"i məğlub edərək zirvəyə yüksəlib
13.05.2024 [12:30] - Gündəm, İdman
Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunda Londonun “Arsenal” klubu səfərdə “Mançester Yunayted” komandasını 1:0 hesabı ilə məğlub edib.

Oyunun 19-cu dəqiqəsində Leandro Trossard fərqlənib.

Bununla da xallarını 86-a çatdıran "Arsenal" turnir cədvəlində zirvəyə yüksəlib.

2-ci pillədə olan və ehtiyatında daha bir oyunu olan "Mançester Siti"nin isə 85 xalı var.

"Şəhərlilər" mayın 14-də "Tottenhem" komandası ilə 34-cü turdan təxirə salınan matçda qarşılaşacaq.

Çempionluğun taleyi 38-ci turda həll olunacaq.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed