Şrift:
Təhsil kreditlərindən yararlanan tələbələrin 59 faizini qızlar təşkil edir
14.05.2024 [12:56] - Sosial
Təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir.

Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

Onun sözlərinə görə, təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə vətəndaş sorğuları aparanda ən çox qərəzli mövqeni qız övladları olan valideynlər göstərmişdilər:

“Belə ki, onlar qız övladlarının ödənişli təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların ( 59 faiz) üstünlük təşkil etdiyini görürük”.

Qeyd edək ki, 2023-2024-cü tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən elektron müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 1682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed