Şrift:
Həqiqi hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib
14.05.2024 [13:00] - Hərb
Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.
Bu xəbər oxucular tərəfindən 1373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed