Şrift:
"Böyük Yeddilik" Aİ-nin Rusiyanın aktivləri ilə bağlı təşəbbüsünü dəstəkləyəcək
17.05.2024 [10:03] - Gündəm, Siyasət
“Böyük Yeddilik” ölkələri Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivləri ilə bağlı təşəbbüsünə dəstək verəcək.

Bu barədə məlumatı “Reuters“ yayıb.

Bildirilib ki, həmin dövlətlərin maliyyə nazirlərinə sözügedən aktivlərdən istifadə qaydalarının hazırlanması və iyun ayında müzakirəyə təqdim olunması tapşırılıb.

Bu məsələnin gündəmə gətiriləcəyi ilk görüş növbəti həftə ərzində keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu sözügedən təşəbbüsün əleyhinə çıxış edib. Bu maliyyə qurumunda hesab edirlər ki, dondurulmuş aktivlərdən analoji formada yararlanmaq istəyi dünyanın iqtisadi sistemində çaxnaşmaya səbəb ola bilər.
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed