Şrift:
Keniya Haitiyə sülhməramlılar göndərməyə hazırlaşır
20.05.2024 [10:23] - Gündəm
Keniya yaxın günlərdə Haitiyə sülhməramlı qüvvələr göndərmək niyyətindədir.

Bu barədə jurnalistlərə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Korir Sinqoi məlumat verib.

Bu əməliyyat yaxın bir neçə gün və ya həftə ərzində baş verəcək. Bu açıqlama Keniya prezidenti Uilyam Rutonun mayın 23-də ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona səfərindən əvvəl verilib. ABŞ sülhməramlı missiyanın əsas maliyyə dəstəkçisidir.

Eyni zamanda, Keniyanın müxalifət partiyası Haitiyə polis məmurlarının göndərilməsi planlarına yenidən baxılması xahişi ilə növbəti dəfə məhkəməyə müraciət edib. Haiti hökumətindəki mənbənin AFP-yə verdiyi məlumata görə, 200 polisdən ibarət ilk kontingentin mayın 23-də gəlməsi gözlənilir.

2023-cü ilin iyulunda Haitinin yardım çağırışına cavab olaraq Keniya təhlükəsizlik böhranı ilə mübarizə üçün 1000 polis məmuru göndərməyi təklif etdi.
Bu xəbər oxucular tərəfindən 183 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed