Şrift:
Tehran birjası fəaliyətini dayandırdı
20.05.2024 [10:38] - Gündəm
İranın Tehran Birjası İran prezidenti və onu müşayiət edən heyətin helikopter qəzasında ölümü ilə bağlı fəaliyyətini dayandırıb.

İranın Birja Təşkilatı bildirib ki, bu gün (20 may) Tehranın qiymətli kağızlar, məhsul və enerji birjaları fəaliyyət göstərməyəcək.

Təşkilat növbəti günlərlə əlaqədar məlumat verəcəyini elan edib.
Qeyd edək ki, ötən gün (19 may) İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed