Şrift:
185 ölkəyə müdafiə ixracı həyata keçirdik
21.05.2024 [10:05] - Türk dünyası-Turan
185 ölkəyə müdafiə ixracı həyata keçirdik.

Bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Müdafiə ixracımız 2023-cü ildə 5,5 milyard dollara yüksəldi. Ötən il 185 ölkəyə 230 növ məhsul ixrac edilib” – deyə o bildirib.

Ərdoğan həmçinin Türkiyənin SİHA texnologiyasında ilk üçlükdə olduğunu vurğulayıb.

“Pilotsuz uçuş aparatları təkcə hərbi fəaliyyətdə deyil, həm də təbii fəlakətlərdə axtarış və xilasetmə işlərində mühüm rol oynayır” – deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed