Şrift:
İran Prezidentinin həlak olması ilə bağlı bu ölkənin Bakıdakı Səfirliyində matəm kitabı açılacaq
21.05.2024 [10:19] - Gündəm
İran Prezidenti və bir sıra dövlət rəsmilərinin həlak olması ilə bağlı mayın 22-dən etibarən adı çəkilən ölkənin Bakıdakı Səfirliyində matəm kitabı açılacaq.

Bu barədə səfirlikdən məlumat verilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter ötən axşam qəzaya uğrayıb.

Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki sərnişinlərin hamısı həlak olub.
Bu xəbər oxucular tərəfindən 185 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed