Şrift:
Paşinyan: Bir çox Ermənistan vətəndaşı övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk edib
21.05.2024 [10:22] - Gündəm, Siyasət
Ermənistanın bir çox sakini övladlarının hərbi xidmətdən yayınması üçün mühacirət ediblər.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistandakı mövcud demoqrafik vəziyyəti və demoqrafik strategiyanı müzakirə edərkən bir sıra aşkar amillər, xüsusən də neçə nəfərin övladının hərbi xidmətdən yayınması üçün Ermənistan Respublikasından mühacirət etməsi nəzərə alınmır.

Paşinyan hesab edir ki, bu insanların böyük potensialı olub.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed