Şrift:
Vladimir Putin: İran Prezidenti etibarlı tərəfdaş idi
22.05.2024 [10:05] - Gündəm
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisini etibarlı tərəfdaş, sözünün sahibi olan adam adlandırıb.

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb, onun İran Prezidenti İbrahim Rəisi ilə vida mərasimində iştirak edəcəyini bildirib.

Putin Volodindən İran Prezidentinin vəfatı ilə bağlı başsağlığı verməsini xahiş edib.

“Prezident Rəisinin ölümü ilk növbədə İran xalqı üçün böyük itkidir. O, həqiqətən çox etibarlı tərəfdaş, düz sözlü, özünə güvənən, hər şeydən əvvəl milli maraqları rəhbər tutan insan idi. O, sözünün adamı idi, onunla işləmək mənim üçün həmişə xoş olub. Onunla nəsə razılaşsa idik, razılaşmaların yerinə yetiriləcəyinə hər zaman əmin ola bilərdik”, - deyə Putin bildirib.

Vladimir Putin vurğulayıb ki, Rusiya İran ilə münasibətlərin öz axarında davam etməsi üçün hər şeyi edəcək. “Xahiş edirəm, bu sözləri İran rəhbərliyinə çatdırın. Həmkarlarımızın ehtiyacı olarsa, biz onlara faciənin əsl səbəbinin müəyyən edilməsində ekspert dəstəyi və yardım göstərmək üçün hər şey etməyə hazırıq”, - deyə Rusiya Prezidenti qeyd edib.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed