Şrift:
ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib
22.05.2024 [10:13] - Gündəm
Birləşmiş Ştatlar təlimlər üçün planlaşdırılan yerləşdirmə çərçivəsində Böyük Britaniyaya iki “B-52 Stratofortress” bombardmançı təyyarə göndərib.

Bu barədə Pentaqonun mətbuat katibi, general Patrik Rayder bildirib.

"Bu təyyarələr NATO müttəfiqləri və regional tərəfdaşlarla birlikdə təlim və əməliyyat tədbirləri keçirmək üçün çoxsaylı imkanlar açacaq”, - deyə general qeyd edib.

Pentaqon rəsmisi, həmçinin vurğulayıb ki, ABŞ NATO təlimləri çərçivəsində mütəmadi olaraq öz bombardmançılarını Avropaya göndərir.
Bu xəbər oxucular tərəfindən 214 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed