Şrift:
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
22.05.2024 [10:21] - Siyasət
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

Eləcə də Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed