Şrift:
Rusiya XİN Fransanın Ukraynaya qoşun göndərmək niyyətinə cavab verib
22.05.2024 [10:23] - Gündəm, Siyasət
Fransanın Ukraynaya qoşun göndərməsinə cavabımız təkcə siyasi xarakterli olmayacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rəsmi Moskva bununla bağlı Fransa hakimiyyətinə bir neçə dəfə xəbərdarlıq göndərilib:

“Fransa Prezidenti Emmanuel Makronun rəhbər tutduğu kəskin ritorikanı bu ölkənin NATO-dakı tərəfdaşları da dəstəkləyir. Nəzərə alınmalıdır ki, NATO əsgərlərinin Ukraynaya göndərilməsi ilə bağlı bəyanatları Fransa xalqının böyük əksəriyyətində ikrah hissi doğurur” - Rusiya XİN-in məlumatında belə deyilir.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed