Şrift:
İranla həmrəyliyimizi ən yüksək səviyyədə davam etdirəcəyik
23.05.2024 [10:04] - Türk dünyası-Turan
İranla həmrəyliyimizi ən yüksək səviyyədə davam etdirəcəyik.

Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz öz sosial media hesabından paylaşım edib.

“Bu çətin günlərdə biz İran hökuməti və xalqı ilə həmrəyliyimizi ən yüksək səviyyədə davam etdirəcəyik” – deyə Yılmaz qeyd edib.

O, Türkiyəni xarici işlər naziri Hakan Fidanla, faciəvi helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan üçün Tehranda təşkil edilən rəsmi başsağlığı mərasiminə qatıldıqlarını bildirib.

“Faciəli qəzadan dərhal sonra İran prezidentinin müavini cənab Məhəmməd Muhbir Türkiyə olaraq axtarış-xilasetmə fəaliyyətlərinə verdiyimiz dəstəyə görə prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana və millətimizə minnətdarlığını bildirdi” – deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 1006 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed