Şrift:
Blinken ABŞ-nin Ermənistana dəstək tədbirlərini müzakirə etdiyini açıqlayıb
23.05.2024 [10:06] - Xəbərlər, Gündəm, Siyasət
Hazırda rəsmi Vaşinqton Ermənistanın sorğusu əsasında adı çəkilən ölkəyə dəstək tədbirlərinin gücləndirilməsi istiqamətində müzakirələr aparır.

Bunu dövlət katibi Antoni Blinken Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin iclasında deyib.

Bununla yanaşı o, apreldə həm Ermənistanın Baş naziri Nikol Paşinyan, həm də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşünü xatırladıb:

“Avropa İttifaqı rəsmiləri ilə bu istiqamətdə aparılan məsləhətləşmələr Ermənistan hökumətinə hansı istiqamətlər üzrə dəstəyin verilməli olduğunu müəyyənləşdirmək məqsədi daşıyıb. Biz belə qərara gəlmişik ki, həyata keçiriləcək tədbirlər bütün istiqamətləri əhatə etməlidir” - deyə, A. Blinken fikirlərini tamamlayıb.

O həmçinin əlavə edib ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanır.
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed