Şrift:
Çin Tayvan sahillərində hərbi təlimlərə başlayıb
23.05.2024 [10:13] - Hərb
Çin Tayvan sahillərində hərbi təlimlərə başlayıb.

Təlimlərdə hərbi dəniz və hərbi hava qüvvələrinin, eləcə də xüsusi təyinatlıların şəxsi heyəti iştirak edir.

Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, manevrlərdə əsas məqsəd şərti düşmənin dəniz vasitəsilə potensial hücumlarının qarşısının alınmasından ibarətdir.

Hökumətə yaxın mənbələrdən isə bu təlimlərin məqsədi kimi Tayvanın müstəqillik istiqamətində addımlardan çəkindirmək olduğu göstərilib.
Bu xəbər oxucular tərəfindən 1656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed