Şrift:
Milli Məclis Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib
24.05.2024 [13:59] - Gündəm
Milli Məclis 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından 28 may - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.
Bu xəbər oxucular tərəfindən 237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed