Şrift:
Macarıstan NATO-dakı üzvlük statusunu yenidən müəyyənləşdirməyə çalışır
24.05.2024 [14:19] - Gündəm
Macarıstan hərbi alyansın Ukraynaya dərinləşən dəstəyindən potensial olaraq imtina etmək üçün ölkənin NATO-ya üzvlük statusunu “yenidən müəyyən etməyə” çalışır.

Bu barədə Macarıstan Baş naziri Viktor Orban bu barədə "Kossuth" Radiosunun "Sabahın xeyir, Macarıstan" proqramına deyib.

Onun sözlərinə görə, Macarıstan hərbi rəsmiləri və hüquqşünasları artıq ölkəni Şimali Atlantika Müqaviləsi Təşkilatının digər üzvlərindən fərqləndirəcək yeni konsepsiya üzərində çalışır.

"Hüquqşünaslarımız və zabitlərimiz Macarıstanın NATO-ya üzvlüyünü NATO ərazisindən kənarda NATO fəaliyyətlərində iştirak etmək məcburiyyətində qalmayacaq şəkildə necə qoruya biləcəyini müəyyənləşdirmək üçün çox çalışırlar", - Orban deyib.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed