Şrift:
Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb
29.05.2024 [10:47] - Gündəm, İdman
Azərbaycan qılıncoynadanı Anna Başta “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Beynəlxalq Qılıncoynatma Federasiyası Azərbaycana sablya növü üzrə qadınların şəxsi yarışında Olimpiadaya iştirak hüququ verən universal lisenziya göndərib. Lisenziya Olimpiya Oyunlarına vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.

Daha öncə Yelena Jemayeva, Səbinə Kərimova və Anna Başta 4 illiyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil edib.

Qeyd edək ki, bununla da Azərbaycanın “Paris-2024”ə qazandığı lisenziyaların sayı 27-yə çatıb.
Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed