30.05.2024 [10:03] - Qərbi Azərbaycan-İrəvan
Qərbi Azərbaycan İcması Avropa İttifaqının diplomatik xidmətinin mətbuat katibinin mayın 29-da verdiyi, Azərbaycanın daxili işinə qarışan və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməyə cəhd edən bəyanatını sərt şəkildə qınayır.
Bununla bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Azərbaycana saxta ittihamlarla insan hüquqları sahəsində dərs verməyə çalışan Avropa İttifaqı ilk öncə bu cür səlahiyyəti haradan aldığına dair izahat verməlidir. Bundan başqa, Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmaqla, mülkiyyətindən və mədəni irsindən məhrum edilməklə hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalmış Avropa İttifaqının bu davranışı ayrı-seçkili və təxribatçı xarakter daşıyır. Bu cür qərəzli və ayrı-seçkili davranışı ilə Avropa İttifaqı ali dəyərlər olan insan hüquqlarına zərər vurur və regionda davamlı sülh istiqamətində müşahidə olunan müsbət dinamikanı pozmağa çalışır.
“Qərbi Azərbaycan İcması Avropa İttifaqından bu cür qərəzli və ziyanlı siyasətindən əl çəkməyi, regionda sülhə mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək verməklə insan hüquqlarına sadiqliyini əməldə göstərməyi tələb edir”, - deyə İcmanın bəyanatında vurğulanıb.

Bu xəbər oxucular tərəfindən 3255 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |