Şrift:
Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqladı
30.05.2024 [10:16] - Siyasət
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb.
Prezidentin köməkçisi "X" sosial şəbəkəsindəki hesabında zərərçəkmişlərin sayını özündə əks etdirən şəkil yayımlayıb:

“Azərbaycanda mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır. Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib”.

Qeyd edək ki, bu gün Zəngilanda minalarla mübarizə üzrə beynəlxalq konfrans keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed