Şrift:
Büdcə vəsaitinin dövlət istiqrazlarına yönəldilməsinin qarşısının alınması üçün təkliflər hazırlanır
03.06.2024 [14:35] - Gündəm
Azərbaycanda büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı müvafiq iş aparılır.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Nazirlikdən qeyd edilib ki, bununla bağlı təkliflər hazırlanır və nəticə barədə məlumat veriləcək.

Xatırladaq ki, mayın 23-də maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitin hesablarda qalmasına birmənalı yanaşmaq olmaz. Dövlətə məxsus publik hüquqi şəxslərin və ya fondların büdcədən vəsaiti alıb, onu dövlət qiymətli kağızlarına yönəltməsi düzgün hesab oluna bilməz.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed