Şrift:
Türkiyə millisinin AVRO-2024-dən nə qədər gəlir əldə etdiyi açıqlanıb
28.06.2024 [09:58] - Gündəm, İdman
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının qrup mərhələsi başa çatıb.

Türkiyə millisi qrup mərhələsini 2-ci pillədə başa vuraraq 1/8 finalda Avstriya ilə oynamaq şansı əldə edib.

Türkiyə AVRO-2024-də F qrupunu Gürcüstan və Çexiya üzərində qələbə qazanaraq 6 xalla tamamlayıb. Yığma qrupda yeganə məğlubiyyətini Portuqaliyaya qarşı alıb - 3:0.

UEFA-nın turnirdən əvvəl açıqladığı pul mükafatına əsasən, Türkiyə millisi AVRO-2024-də indiyədək 12 milyon 750 min avro gəlir əldə edib.

Qeyd dedək ki, Türkiyə pley-off mərhələsində Avstriya ilə qarşılaşacaq. 2 iyulda keçiriləcək matçın start fiti Bakı vaxtilə 23:00-da səsləndiriləcək.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed