Şrift:
İranda prezident seçkiləri keçirilir
28.06.2024 [10:08] - Gündəm, Siyasət
Bu gün İranda prezident seçkiləri keçirilir.

Prezidentlik uğrunda parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi mühafizəkarları və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaqlar.
Sonuncu rəy sorğularına görə, islahatçıların namizədi Məsud Peşekşian öndədir, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Cəlili və Qalibaf tutur.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkiləri təyin olunub.
Bu xəbər oxucular tərəfindən 164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed