Şrift:
“Qarabağ” Almeyda ilə müqaviləni yeniləyib
04.06.2024 [10:16] - Gündəm, İdman
“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.

Azərbaycan çempionu 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb.

Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

O, “Qarabağ”da 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed