Şrift:
Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli olub
04.06.2024 [10:18] - Gündəm, İdman
UEFA Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Bu ada İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisius Junior layiq görülüb. Qərar UEFA-nın texniki müşahidəçilər qrupu tərəfindən qəbul edilib.

Braziliyalı futbolçu başa çatan mövsümdə Çempionlar Liqasında 10 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniyanın “Borussiya Dortmund” komandasını 2:0 hesabı ilə məğlub edərək tarixində 15-ci dəfə bu titulun sahibi olub.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed