Şrift:
TBMM sədri: Bəzi ölkələrin ətraf mühitə qarşı etinasız yanaşmasını görürük
07.06.2024 [10:22] - Türk dünyası-Turan
Bu gün qarşılaşdığımız iqlim dəyişikliklərini insan özü yaradıb.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TÜRKPA-nın 13-cü Plenar İclasında deyib.

O bildirib ki, bunu sadəcə qanunlarla və dəyişikliklərlə həll edə bilmərik: “Bir zehniyyət dəyişikliyinə ehtiyac var. İqlim dəyişikliyi, qlobal istiləşmə özü ilə bir çox digər problemləri də gətirə bilər. Dünya əgər 2 dərəcə daha istiləşərsə, qlobal köç dalğasının qarşısını asla bilməyəcəyik. Bu gün Yer üzündə yaşadığımız bütün problemlərin səbəbi insanın Yer üzünü atasının malı kimi mənimsəməsidir. Bir tərəfdən dünyadakı yaradılışın nizamı yox edilib. Dünyanın hər nöqtəsində ədaləti təsis etməyə məcburuq”.

TBMM sədri Qəzzada baş verənlərə də toxunub: “Dünyanın hər yerində baş verənlərin səbəbi nizamın pozulmasıdır. Qəzzada yaşananlar da buna nümunədir. Nizam və ədaləti bütün sahələrdə tətbiq edəcəyik-siyasətdə, ekologiyada, iqtisadiyyatda”.

Numan Kurtulmuş diqqətə çatdırıb ki, mövcud olan beynəlxalq sənədlərə baxmayaraq bəzi ölkələrin ətraf mühitə qarşı etinasız yanaşmasını görürük.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed