Şrift:
TÜRKPA-nın plenar iclasında Ermənistanın ekoloji terroru barədə məlumat verilib
07.06.2024 [10:24] - Gündəm, Siyasət
Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan ekoloji terror törədib. Bu gün həmin ərazilər Azərbaycan Prezidenti tərəfindən Yaşıl Enerji Zonası elan edilib.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilən 13-cü Plenar iclasında deyib.

Spiker bildirib ki, azad edilmiş ərazilər yaşıl enerji üzrə müəyyən edilmiş strateji baxış diqqət mərkəzindədir: “Təəssüf ki, ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi qırıb, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpağı və çaylarımızı da çirkləndirib. Bu gün həmin ərazilərdə aparılan yenidənqurma işlərində ağıllı şəhər və “ağıllı kənd” , “0 tullantı” yanaşmaları tətbiq edilir, ekosistem bərpa olunur”.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed