Şrift:
"Qafqaz Qartalı - 2024" birgə təlimi davam edir
07.06.2024 [10:29] - Gündəm, Hərb
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təlimi davam edir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed