Şrift:
Şolts AP-yə seçkilərdə ifrat sağçıların qələbəsindən narahatlığını ifadə edib
11.06.2024 [12:45] - Siyasət
Almaniya kansleri Olaf Şolts bildirib ki, ifrat sağçı partiyaların Avropa Parlamentinə (AP) seçkilərdə qalib gəlməsi onu narahat edir.

Kansler bu barədə Çili prezidenti ilə keçirdiyi mətbuat konfransında danışıb.

“Almaniyada və başqa yerlərdə ifrat sağçı partiyalara verilən səslər narahatlıq doğurmalıdır. Buna alışmaq olmaz. Bizim vəzifəmiz həmişə bu qüvvələrə qarşı durmaq və demokratiyaya, qanunun aliliyinə və bizi Avropa edən hər şeyə sadiq olan partiyaları dəstəkləmək üçün aydın çoxluq uğrunda mübarizə aparmaq olmalıdır”, - Şolts vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed