Şrift:
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
13.06.2024 [10:31] - Gündəm, İdman
Avro-2024-ün açılış oyununun hakimləri açıqlanıb.

Apasport.az xəbər verir ki, A qrupunda Almaniya ilə Şotlandiya arasında baş tutacaq görüşü FIFA referisi Klemen Turpen idarə edəcək. Ona yan xətt hakimləri Nikolas Danos və Benjamin Peycs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fransua Leteksye yerinə yetirəcək.

Jerom Brisar, Villi Delajo və italiyalı Massimiliano İrrati isə VAR hakimləri sırasında yer alacaq.

Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed