Şrift:
Leysan olacaq, dolu düşəcək
13.06.2024 [10:35] - Bildiriş
Bakıda və Abşeron yarımadasında iyunun 13-14-də gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında iyunun 13-ü gündüzdən 14-ü axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed